“Barselona” rəhbərliyi hesab edir ki, “Real” Lamin Yamalı gözdən salmağa çalışır.
Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, Kataloniya klubunun bəzi rəhbər şəxsləri düşünür ki, 18 yaşlı cinah hücumçusu ilə bağlı böhtan kampaniyasının arxasında məhz “Real” dayanır. “Barselona”da bu fikir də var ki, Madrid klubu Yamalın onlara meydanda Messi kimi problem yaradacağından ehtiyat edir.
Bildirilir ki, “Barselona” Yamalı qorumaq və “El Klasiko”dakı məğlubiyyət barədə yayılan söhbətləri mümkün qədər tez dayandırmaq üçün bütün mümkün tədbirləri görmək niyyətindədir.
saytlarin hazirlanmasi
