"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ilk görüşünə çıxacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Rumıniyanın "Yunayted Qalati" klubu ilə qarşılaşacaq.
Matç "Sala Sporturilor Dunareada"kı oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.
saytlarin hazirlanmasi
