Santuşa ödənilən təzminata 3 belə kiçik stadion tikmək olardı - amma bu gün olanımız yalnız Binə qəsəbəsindəki stadiondur

14:00 - 28 Oktyabr 2025

Binə qəsəbə stadionu lokasiyasına görə gözdən uzaq, könüldən iraq təsiri bağışlasa da, Azərbaycan futbolunu yaşadan məhz bu məkandır. 

Bu stadionda kimlərə rast gəlməzsən. I və II Liqa klublarının, aşağı yaş qruplarının oyunları və məşqləri, aşağı yaş milli komandaların matçları da burada keçirilir. Elə bir vəziyyət yaranıb ki, "iynə atsan, yerə düşməz". Stadionun demək olar boş dəqiqəsi yoxdur. 

Səbəbi də aydındır. Ölkədə, xüsusən də paytaxtda futbol infrastrukturu baxımından ciddi sıxıntı var. Komandalar oyun keçirməyə, məşq etməyə yer tapmırlar. 

Bu yaxınlarda açıqlandı ki, AFFA milli komandanın baş məşqçisinə müqavilə ilə almalı olduğu təzminatı ödəyib. Rəsmən deyilməsə də, Fernandu Santuşa çatacaq məbləğ təxminən 4 milyon manat civarında olub. 

SOCAR-ın balansında xeyli torpaq sahəsinin olduğunu nəzərə alsaq, 4 milyon manata Binə qəsəbəsindəki tipli 3 stadion tikmək olardı. Portuqaliyalı bizdən aldığı pulla ölkəsində yeni biznes qurur, azərbaycanlı uşaqlar isə futbol oynamağa yer tapmır. Belə-belə işlər... 

Sportal.az

Xəbər xətti