Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Çelsi” daha bir transfer üçün hərəkətə keçib.
Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, London təmsilçisi “Vilyarreal”ın müdafiəçisi Loqan Kosta ilə danışıqlar aparır.
“Çelsi” bu transferin qışda reallaşması üçün çalışır. Kabo-Verde millisinin üzvü 2024-cü ildən İspaniya klubunda çıxış edir. O, “Reyms”, “Le Man”, “Tuluza”da çıxış edib və 2030-cu il iyunun 30-na qədər “Vilyarreal”a məxsusdur.
Qeyd edək ki, “Çelsi” noyabrın 5-də ÇL-in 4-cü turu çərçivəsində Bakıda “Qarabağ”la qarşılaşacaq.
