"Şamaxı"nın müdafiəçisi David Santos Sportal.az saytına açıqlama verib. Braziliyalı futbolçu komandasının Misli Premyer Liqasının 9-cu turunda “Qarabağ”la bərabərə (0:0) qalmasını şərh edib:
"Maraqlı və çətin oyun idi. Meydana son saniyəyə kimi mübarizə apardıq. “Qarabağ”la səfərdə bir xal qazandığımıza görə şadıq. Fikrimcə, yaxşı nəticədir. Komandamla qürur duyuram”.
Mövsümün əvvəlində “Şamaxı”ya keçmiş 24 yaşlı futbolçu Premyer Liqamızın səviyyəsindən danışıb. Ölkəmizə gələnə qədər Portuqaliya və Braziliyada oynamış Santosun fikrincə, Azərbaycan çempionatı etərincə yaxşı liqadır:
"Azərbaycan Premyer Liqası haqda ümumilikdə xoş fikirdəyəm. Məncə, liqanın səviyyəsi çox yüksəkdir. Çətin liqadır. Burada oynadığıma görə də şadam".
24 yaşlı müdafiəçi “Anapolis”, “Penafiel”, “Braqa”B, “Felqueyras”, “Montaleqre”, “Lus.Lurosa”, “Sportinq Kovilya” klublarında oynayıb və mövsümün sonuna qədər “Şamaxı”ya məxsusdur.
Mirbağırağa
