Belçika klubu "Liverpul"dan 40 milyon avro tələb edir

15:36 - 29 Oktyabr 2025

"Brügge"nin müdafiəçisi Joel Ordones karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" ekvadorlu futbolçunu transfer etmək istəyir. Bu barədə "Bolavip" nəşri məlumat yayıb.

Belçika klubu Ordonesi satmağın əleyhinə deyil. Onlar 21 yaşlı mərkəz müdafiəçisi üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Joel Ordones bu mövsüm "Brügge"nin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

Xəbər xətti