"Komandamın hücum futbolu oynamasını və topu tez geri qaytarmasını istəyirəm" - Riberi baş məşqçi olmaq istəyir

23:25 - 4 Oktyabr 2026

“Bavariya”nın sabiq yarımmüdafiəçisi Frank Riberi məşqçi olmağa hazır olduğunu bildirib.

Sportal.az xəbər verir ki, 43 yaşlı fransalı İtaliyanın Koverçano akademiyasında məşqçilik kursları keçib.

“Başa düşdüm ki, həqiqətən də peşəmi dəyişmişəm. Mənim üçün komandanın idarə olunması, empatiya və futbolçularla münasibətlər çox vacib olacaq. Bunlar oyun sxemləri və taktikadan daha üstündür. Heynkes, Ançelotti, həmçinin Nikola və Yakini kimi bir çox böyük məşqçi ilə çalışmışam. Onların hər birindən nəsə götürmüşəm.

İstərdim ki, komandam hücum futbolu oynasın: topu tez geri qaytarmalı və dərhal qol vurmağa getməliyik. Avropada Kompaninin “Bavariya”sını çox bəyənirəm.

A Seriyasına hazırammı? Mən hazır doğulmuşam. Görək məni nələr gözləyir”, – deyə Riberi bildirib.

Xəbər xətti