Litva milli komandasının hücumçusu Moteyus Burba Millətlər Liqasının D2 qrupunun üçüncü turunda Bakıda Azərbaycana 1:0 hesablı məğlubiyyətlə bağlı fikirlərini bildirib.
Sportal.az “15min.lt” portalına istinadən xəbər verir ki, Burba Lixtenteyn millisinin Azərbaycandan xal alacağına inandığını deyib:
“Son ötürmə, yəqin ki, oyunumuzun ən zəif hissəsi idi. Topa sahib idik, tez-tez cərimə meydançasına göndərirdik, cinahlardan çoxlu ötürmələr edirdik, amma hücumlarımızı başa vura bilmədik. Hakimlər haqqında danışmağa başlamaq istəməzdim. Məğlub olduq, ona görə də ilk növbədə özümüzə baxmalıyıq. Matçımızı qazanmalıyıq və sonra növbəti oyunun necə keçəcəyini görəcəyik. Yalnız ümid edə bilərik ki, Lixtenşteyn yenidən Azərbaycandan xal ala bilər. Onlar bunu əvvəllər bir dəfə ediblər, bəlkə də yenidən edə bilərlər."
saytlarin hazirlanmasi
