Türkiyə Super Liqa hakimi həbs olundu

19:58 - 5 Oktyabr 2026

Türkiyəli hakim Yasin Kol həbs olunub.

Sportal.az xəbər verir ki, bu barədə "CNN Türk" televiziyası məlumat yayıb.

Super Liqa hakimi İstanbul Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakim Komitəsi (MHK) ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə qarşısına çıxarılıb. Referi "rəsmi sənədlərdə saxtakarlıq", "vəzifədən sui-istifadə (etibardan sui-istifadə)" və "şəxsi məlumatların qanunsuz əldə edilməsi" kimi ittihamlarla saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Kolla birlikdə yan xətt hakimi Göktuğ Hazar Erel də həbs olunub.

Qeyd edək ki, eyni istintaq çərçivəsində Mərkəzi Hakim Komitəsinin sədri Ferhat Gündoğdu barəsində də həbs qərarı verilib.

Xəbər xətti