Portuqaliya millisinin müdafiəçisi Nuno Mendeş bildirib ki, Kriştiano Ronaldonun milli komandaya geri qayıtması komanda yoldaşları tərəfindən son dərəcə müsbət qarşılanacaq.
Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, Mendeş komandadakı mehribançılıqdan danışıb:
"Heyətimizdə yeni oyunçular görməkdən həmişə məmnunuq. Əlbəttə ki, Millətlər Liqasındakı çıxışımızdan məmnunuq və şəxsən mən bu nəticədən çox razıyam. Kriştiano geri qayıtmaq qərarına gələrsə, onu ən səmimi şəkildə qarşılayacağıq. Bu, milli komandaya qoşulmaq istəyən hər bir oyunçuya aiddir. Bizim həqiqətən də mehriban və birləşmiş komandamız var. Buna görə də, hazırda bizimlə olmayan hər hansı bir oyunçu kimi, Ronaldo da həmişə geri qayıtmaqdan məmnun olarıq".
