Millimizin üzvü qol vurdu, komandası mərhələ adladı

09:34 - 29 Oktyabr 2025

Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynov formasını geyindiyi Bolqarıstanın "Arda" klubunda növbəti qolunu vurub.

Sportal.az xəbər verir ki, yığmamızın müdafiəçisi ölkə kubokunun 1/16 final mərhələsində fərqlənib.

O, "Fratria" ilə görüşün 42-ci dəqiqəsində hesabı açmaqla qələbənin əsasını qoyub(2:1).

"Arda"ya mərhələ gətirən ikinci qolun müəllifi "Neftçi"nin sabiq hücumçusu Andre Şinyaşiki olub.

Xatırladaq ki, Hüseynov 2023-cü ildən Bolqarıstanın Yüksək Liqa klubunun futbolçusudur.

Xəbər xətti