Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Fransa nəhənginin aparıcı oyunçularından oolan Desire Due sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı vinger Liqa 1-in 10-cu turunun "Loryan"la səfər matçında sağ ayağının bud əzələsindən zədə alıb. 20 yaşlı futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Gənc oyunçu DÇ-2026-nın seçmə mərhələsinin noyabrın 16-da Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəyi görüşdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Desire Due bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
