İngiltərənin “Liverpul” klubunun sağ cinah müdafiəçisi Ceremi Frimpong zədə səbəbindən bir müddət komandasına kömək edə bilməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
Mənbənin məlumatına görə, 24 yaşlı niderlandlı futbolçu Çempionlar Liqasında “Ayntraxt”la oyunda (5:1) bud əzələsinin arxa hissəsindən zədə alıb. Bu səbəbdən Frimpong təxminən 6 həftə meydana çıxa bilməyəcək.
Ceremi Frimpong cari mövsümdə “Liverpul”un heyətində 9 oyunda iştirak edib və 1 qol vurub.
Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun gələn il yanvarın 29-da İngiltərədə keçiriləcək.
saytlarin hazirlanmasi
