Luçano Spaletti “Yuventus”da işləməyə razılaşıb.
Sportal.az xəbər verir ki, insayder Janluka Di Marcionun məlumatına görə, sabiq “Zenit” və İtaliya millisinin baş məşqçisi Turin klubu ilə 2026-cı ilin yayına qədər müddətli müqavilə bağlayıb. Müqavilədə komanda Çempionlar Liqasına düşdükdə uzatma seçimi də nəzərdə tutulub.
Tərəflər müqaviləni çərşənbə günü səhər imzalamağı, təqdimatı isə cümə günü keçirməyi planlaşdırırlar.
Qeyd edək ki, "Yuventus" hazırda 12 xalla 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
