Robinyo Tremembe həbsxanasında qalması barədə danışıb. Xatırladaq ki, “Real” və “Milan”ın sabiq hücumçusu qrup şəklində təcavüz ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Sportal.az xəbər verir ki, sabiq futbolçu həbsxana haqqında bunları qeyd edib:
“Bu, elə bir həbsxana bölməsidir ki, hamı bura düşmək istəyir, çünki burada iş imkanı var, cinayətkar qruplar və ya hər hansı təzyiq yoxdur. Əksinə, məqsəd səhv etmiş insanları yenidən tərbiyə etmək və cəmiyyətə qaytarmaqdır. Mənim burada və ya başqa bir yerdə heç vaxt rəhbər vəzifəm olmayıb. Burada hər şeyə nəzarətçilər rəhbərlik edir, biz məhbuslar isə sadəcə itaət edirik.
Mənim nə mühafizəçilərlə, nə də digər məhbuslarla heç vaxt problemim olmayıb, bu bölmədə mübahisələrə icazə verilmir. Hamıya eyni cür yanaşılır, mənə də futbolçu olduğuma görə fərqli münasibət göstərilmir. Düşünürəm ki, burada bütün məhbuslara eyni münasibət bəslənir".
saytlarin hazirlanmasi
