Libertadores kubokunda ilk finalçı bəlli olub.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavionun formasını geyindiyi “Flamenqo” finala vəsiqə qazanıb.
Braziliya klubu Argentinanın “Rasinq” klubu ilə səfərdə 0:0 oynayıb. Juninyo bu matçda da meydana çıxmayıb. İlk görüşdə braziliyalılar 1:0 qalib gəlmişdi.
İkinci finalçı isə "Palmeyras"(Braziliya) və “LDU Kito”(Ekvador) klubları arasında keçiriləcək cavab görüşündən sonra bəlli olacaq. İlk oyun “Palmeyras” 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Final görüşü noyabrın 29-da baş tutacaq.
saytlarin hazirlanmasi
