"Qarabağ" bir neçə gündən sonra Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Rəqib adlı-sanlı "Çelsi"dir. Səviyyə fərqi böyük olsa da, "Qarabağ"a həmişə ümidlər böyükdür. Oyunun Bakıda keçirilməsi də ümid üstünə ümid gətirir.
Adətən belə oyunlardan qabaqkı Premyer Liqa matçları bir növ hazırlıq xarakteri daşıyır. "İmişli"yə qarşı oyun da məhz bu tip matçlardan sayılırdı. "Qarabağ" bu oyunda qələbə qazandı. Amma nə komanda həmişəki kimi yaxşı göründü, nə də bəzi futbolçular.
Qəribə səslənsə də, "Qarabağ"ın heyətində ən zəif bənd Kadi Borges idi. Özünə bənzəməyən braziliyalı o qədər top itkisinə yol verdi ki, bu cür zəif performansına izah tapmaq çətindir.
Matçın sonlarında əvəzlənən futbolçu Qurban Qurbanovu da əsəbiləşdirdi. Hakimin tələb etdiyi yerdən meydanı tərk etmədiyi üçün sarı vərəqə aldı. Məhz bu məqam Qurbanovu da özündən çıxartdı.
Sportal.az
saytlarin hazirlanmasi 
      
                    