Azərbaycanlı hakim Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Sportal.az xəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Napoli" - "Ayntraxt" matçını idarə edəcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə italiyalı Cüzeppe Kollu yerinə yetirəcək.
Qeyd edək ki, "Napoli" - "Ayntraxt" qarşılaşması noyabrın 4-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
saytlarin hazirlanmasi 
      
                    