"Bavariya" transferdə PSJ və "İnter"ə rəqib oldu

17:26 - 1 Noyabr 2025

"Roma"nın futbolçusu Manu Kone karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Bavariya" fransalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Münhen təmsilçisi Koneni mövsümün sonunda klubla müqaviləsi başa çatan Leon Qoretskanın əvəzləyicisi kimi düşünür.

İtaliya klubu 24 yaşlı orta xətt oyunçusu üçün 50 milyon avro tələb edir. Futbolçu ilə PSJ və "İnter" də maraqlanır.

Qeyd edəək ki, "Roma" Manu Koneni 2024-cü iilin yayıında Münhenqladbax "Borussiya"sından transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti