Lamin Yamal qasıq nahiyəsində ağrı hiss etməyə davam edir.
Sportal.az xəbər verir ki, “Barselona”nın vingeri sentyabr ayında qasıq nahiyəsindən zədələnərək bir neçə oyunu buraxmışdı. Lakin problem yenidən üzə çıxıb.
"Diario Sport"un məlumatına görə, futbolçu “Real”la (1:2) oyunda ağrı səbəbindən tam gücü ilə oynaya bilməyib. Bu hal onun sürətinə və dözümlülüyünə təsir göstərib. Məşqçilər heyəti Yamalın yüklənməsinin qarşısını almaq üçün onun meydandakı rolunda dəyişiklik edib.
Futbolçu hazırda klubdan kənarda tibbi müayinələrdən keçir. Məqsəd ağrının normal olub-olmadığını və ehtiyac yaranarsa, əməliyyatın faydalı olub-olmayacağını müəyyənləşdirməkdir. Hazırda əməliyyat planlaşdırılmayıb.
Yamal xüsusi proqram üzrə, maksimal intensivlik olmadan komanda ilə birlikdə məşqlərini davam etdirir.
saytlarin hazirlanmasi 
      
                    