Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin “İmişli”yə texniki məğlubiyyət və cərimə cəzası verilməsi ilə bağlı qəbul etdiyi qərar qüvvədə saxlayıb.
Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
“İmişli” PFK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.
13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində meydan sahiblərinin heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilməsi və 5000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.
saytlarin hazirlanmasi 
      
                    