Noyabrın 5-də Bakıda UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” oyununun hakimi Dmitri Kubriak haqda maraqlı məqamlar üzə çıxıb.
Sportal.az xəbər verir ki, ədalət təmsilçisi 4 ildir davam edən Rusiya - Ukrayna müharibəsinin iştirakçısı bir neçə ay əsirlikdə olub.
İxtisasca hərbi həkim olan referi könüllü qatıldığı müharibədə 5 ay əsir saxlanıldıqdan sonra dəyişdirilib.
Xatırladaq ki, “Azərsun Arena”da baş tutacaq qarşılılaşma saat 15:00-da başlanacaq.
saytlarin hazirlanmasi 
      
                    