Kraqoyevaçın “Radniçki” klubunun baş məşqçisi Mladen Jijoviç Serbiya çempionatı matçı zamanı ürək tutmasından vəfat edib.
Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Serbiya çempionatının 14-cü turunda səfərdə “Mladost Luçani”yə qarşı keçirilən oyunun birinci hissəsinin ortalarında huşunu itirib, matç dərhal dayandırılıb. Jijoviçi xərəkdə stadiondan çıxarıb xəstəxanaya aparıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Oyun yenidən başladılıb, lakin 41-ci dəqiqədə Jijoviçin ölüm xəbəri yayıldıqdan sonra matç bir daha dayandırılıb.
Qeyd edək ki, Mladen Jijoviç “Radniçki”nin baş məşqçisi vəzifəsinə 22 oktyabrda təyin olunmuşdu və bu postda Aleksandar Lukoviçi əvəz etmişdi.
saytlarin hazirlanmasi
     
                    