"Ankaragücü"nün futbolçusu millimizin heyətindən kənarlaşdırıldı

14:33 - 6 Noyabr 2025

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Sportal.az xəbər verir ki, Türkiyənin “Ankaragücü” klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə “Qarabağ”ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb.

Qeyd edək ki, U-19 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq.

Xəbər xətti