200-cü oyun, 250-ci qol

15:12 - 6 Noyabr 2025

“Qarabağ” avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub.

Sportal.az xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna təsadüf edib.

“Çelsi” ilə oyun Ağdam klubunun qitə kuboklarında ümumilikdə 200-cü matçı kimi tarixə düşüb. İngiltərə təmsilçisi ilə matç 2:2 hesabı ilə başa çatıb. 

“Qarabağ” Çempionlar Liqasında 67, Avropa Liqasında (əvvəl UEFA kuboku) 109, Konfrans Liqasında 16, Kuboklar kubokunda 4, İntertoto kubokunda 4 matça çıxıb.

“Qarabağ”ın bu qarşılaşmadakı ilk topu Avropa klub turnirlərində vurduğu 250-ci qol olub. Yubiley topuna Leandro Andrade imza atıb.

“Qarabağ” Çempionlar Liqasında 105, Avropa Liqasında (əvvəl UEFA kuboku) 124, Konfrans Liqasında 19, Kuboklar kubokunda 1, İntertoto kubokunda 2 qol vurub.

“Qarabağ” bu qarşılaşmalarda 77 qələbə qazanıb, 47 heç-heçə edib cə 76 dəfə uduzub. 251 qol vuran komanda 261 top buraxıb.       

Qeyd edək ki, “Qarabağ” avrokuboklarda 1996/97 mövsümündə debüt edib. 1996-cı il avqustun 8-də “MüPA” ilə Bakıdakı qarşılaşmada qonaqlar qalib gəlib – 0:1. İlk qola isə Finlandiya təmsilçisi ilə 14 gün sonrakı matçda (1:1, əlavə vaxtda) Bəxtiyar Musayev imza atıb.

Xəbər xətti