"Araz-Naxçıvan"da rəhbər dəyişikliyi - klubun yeni prezidenti Ceyhun Sultanov olacaq

14:15 - 6 Aprel 2026

Tanınmış futbol funksioneri Ceyhun Sultanov yaxın vaxtlarda yeni təyinat alacaq. O, "Araz-Naxçıvan" klubunun prezidenti postunu tutacaq. Sportal.az xəbər verir ki, bunu "Futbolumuz" verilişinin daimi eksperti Emin Abbasov deyib. 

Abbasov belə bir təyinatın olacağını Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovla söhbəti zamanı öyrənib. Axundov hal-hazırda sənədləşmə işlərinin getdiyini, yaxın vaxtlarda bu barədə ictimaiyyətə rəsmi açıqlama olacağını bildirib. 

Qeyd edək ki, Ceyhun Sultanov bu postda Ramin Axundovu əvəzləyəcək. 

Xəbər xətti