"Nə Ayxan Abbasov elə məşqçidir, nə də "Sabah"ın prezidenti elə adam" - Yusif İmanovun milliyə çağırılmaması barədə

13:48 - 7 Aprel 2026

Mövsümün əvvəlində "Sabah"dan problemlə ayrılan Yusif İmanovun milli komandaya dəvət almaması müzakirələrə səbəb oldu. Onun "Sabah"ın prezidenti, eyni zamanda İcraiyyə Komitəsinin üzvü olan Maqsud Adıgözəlovun israrıyla yığmaya çağırılmaması iddiaları səsləndi.

Sportal.az xəbər verir ki, "Futbolumuz" verilişində bu mövzuda müzakirələr aparılıb. Verilişin eksperti Emin Abbasov Yusif İmanovın yığmadan kənar qalmasıyla bağlı bunları deyib:

"Açığı, gözləyirdim ki, Ayxan Abbasovun Yusif İmanovun milliyə dəvət almamasıyla bağlı tutarlı cavabı olacaq. Amma o da suala sualla cavab verməklə məsələnin daha da qabarmasına gətirib çıxartdı durumu. Yəqin ki, idman mətbuatında Maqsud Adıgözəlovu mənim qədər tanıyan yoxdur. "Sabah"da idman direktoru olmuşam, 2 il Maqsud müəllimlə bir yerdə çalışmışam. Nə Ayxan Abbasov elə məşqçidir ki, sifariş qəbul etsin, nə də Maqsud Adıgözəlov elə adamdır ki, bunu desin".

Müzakirəni tam olaraq aşağıdakı videoda izləyə bilərsiz. 

Xəbər xətti