"Qaradağ Lökbatan"dan darmadağın - VİDEO

23:09 - 7 Aprel 2026

Futbol üzrə Azərbaycan II Liqasında XXI turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, səfərdə "Dinamo"nun qonağı olan "Qaradağ Lökbatan" 5:0 hesabı ilə rəqibini darmadağın edib.

Qeyd edib ki, "Qaradağ Lökbatan" lider "Xankəndi"dən 3 xal az toplayaraq 57 xalla 2-ci, "Dinamo" isə 31 xalla 6-cı sırada yer alıb.

"Dinamo" - "Qaradağ Lökbatan" 0:5
Qollar: 
V.Hüseynov, 17, A.Mikayılov, 33, 82, 84, R.Şahmuradov, 78 (pen)

Xəbər xətti