Neymar ABŞ-a yollanacaq

11:18 - 10 Aprel 2026

“Çinçinnati” “Santos”un futbolçusu Neymara maraq göstərir.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, MLS təmsilçisi 34 yaşlı futbolçu üçün rəsmi təklif irəli sürüb.

Neymarın özü də ABŞ-a uçmağa müsbət yanaşır. Transferlə bağlı müzakirələrin ilkin mərhələdə olduğu bildirilir.

Təcrübəli futbolçun “Santos”la müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir. O, karyerası ərzində “Barselona”, PSJ və “Ək-Hilal” klublarında oynayıb.

Xəbər xətti