Qaçış zamanı huşunu itirən millinin köməkçi məşqçisi vəfat etdi - 49 yaşında

22:52 - 10 Aprel 2026

49 yaşlı Jacek Magiera vəfat edib.

Sportal.az xəbər verir ki, Polşa millisinin baş məşqçisinin köməkçisi səhər saatlarında Vrotslav parkında qaçış edərkən özünü pis hiss edib və huşunu itirib. O, xəstəxanaya çatdırılsa da, təxminən bir saat davam edən reanimasiya tədbirlərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Polşa millisində o, 2025-ci ilin yayından etibarən Jan Urbanın köməkçisi kimi çalışırdı.

Xəbər xətti