"Kəpəz"in futbolçusu əməliyyat olundu

14:57 - 10 Aprel 2026

"Kəpəz"in üzvü Məqsəd İsayev Türkiyənin İstanbul şəhərində uğurla əməliyyat keçirib.

Sportal.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin çarpaz bağlarında aparılan cərrahi müdaxilə uğurla başa çatıb.

Qeyd edək ki, Məqsəd İsayev bu mövsüm "Kəpəz"in heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti