“Qarabağ” yeni mərkəz hücumçusu axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi “Legiya”nın hücumçusu Mark Quala maraq göstərir. Bu barədə Polşanın "Rabona Media" portalı məlumat yayıb.
Polyakların iddiasına görə, Azərbaycan çempionu Ekstraklasa klubu ilə müqavilə müddəti gələn ilin yayında başa çatacaq 29 yaşlı forvard üçün rəsmi təklif hazırlayır.
“Legiya”nın ispanı “Qarabağ”a 500 min avroya satmağa hazır olduğu bildirilir. İspaniyanın U-21 yığmasının sabiq üzvü karyerası ərzində “Espanyol”B, “Sevilya”B, “Zaraqoza”, “Jirona”, “Real”B(Madrid), “Alkorkon”, “Dnipro-1”, “Yagelloniya”da çıxış edib.
saytlarin hazirlanmasi