Berezutski ÇSKA-nı çalışdırmaq ehtimalı haqda: "Sabah"da işlərim yaxşı gedir"

14:47 - 20 May 2025

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Rusiyanın ÇSKA komandasının Moskvada UEFA kubokunda qazandığı qələbənin 20-ci ildönümü şərəfinə keçirilən oyunda zədələnib.

Sportal.az “Советский спорт” nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin baldırında problem yaranıb.

Yeri gəlmişkən, Berezutski Rusiya mətbuatına açıqlamasında, ÇSKA-da işləmək imkanından danışıb:

“Sabah”da işlərim yaxşı gedir. İndi mövsümün sonuna bir tur və kubokun final görüşü qalıb. ÇSKA-nın baş məşqçisi olmaq məsələsinə gəlincə, gələcəyin necə olacağını öncədən bilə-bilmirəm. Bu dünyada hər şey mümkündür. Hazırkı baş məşqçi Marko Nikoliç məni ÇSKA-da işləməyə dəvət etməyib”.

Berezutski 2024-cü il noyabrın 25-dən "Sabah"a rəhbərlik edir və o, klubla 2,5 illik müqavilə imzalayır.

Xəbər xətti