“Napoli” heyətini “Flamenqo”nun futbolçusu Vesli ilə gücləndirmək istəyir.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, İtaliya çempionu 21 yaşlı müdafiəçi ümün Braziliya klubuna müraciət edib.
Veslinin “Flamenqo” ilə müqavilə müddəti 2028-ci il dekabrın 31-nə qədərdir. Onun üçün Neapol klubundan 25 milyon avro tələb olunub.
“Atletiko Tubarao”da da oynamış Vesli 2021-ci ildən “Flamenqo”ya məxsusdur.
saytlarin hazirlanmasi