Maksim Medvedev baş məşqçi təyin olundu

17:35 - 2 İyul 2025

"Qarabağ"da yeni təyinat gerçəkləşib.

Sportal.az xəbər verir ki, Maksim Medvedev əvəzedici komandanın baş məşqçisi təyin olunub. Rəhbərlik Maksim Medvedevin uzun müddət kluba göstərdiyi xidməti və son bir ildə U-14 komandasında məşqçi kimi fəaliyyətini nəzərə alaraq, onu əvəzedici komandanın baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib.

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.

Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçu rekorduna sahibdir.

Xəbər xətti