"Barselona"nın futbolçusu Ansu Fati karyerasını Fransada davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Monako" ispaniyalı vingeri icarəyə götürüb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.
İspaniyalı vinger 2025/2026 mövsümünü "Monako"nun heyətində keçirəcək. Liqa 1 klubu 11 milyon avro ödəyərək 22 yaşlı oyunçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. O, ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi