"Aston Villa"dan Markus Reşford qərarı

20:23 - 30 İyun 2025

"Aston Villa" "Mançester Yunayted"də icarəyə götürdüyü Markus Reşfordla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu ingiltərəli vingerin transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə insayder Fabrtistio Romano məlumat yayıb.

Klub 28 yaşlı ön xətt oyunçusu üçün 40 milyon funt-sterlinqlik satınalma məbləğini ödəmək istəməyib. Futbolçu müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə qayıdacaq.

Qeyd edək ki, "Aston Villa" Markus Reşfordu bu ilin fevral ayında icarəyə götürmüşdü. İngiltərə millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti