"Mançester Yunayted" və "Çelsi"nin transfer mübarizəsi

20:59 - 28 İyun 2025

"Çelsi" heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London klubunun əsas hədəfi "Aston Villa"da çıxış edən Emiliano Martinesdir. Bu barədə"Mirror" nəşri məlumat yayıb.

"Çelsi" argentinalı qolkiper üçün 45 milyon funt-sterlinqlik təklif göndərməyə hazırlaşır. 32 yaşlı "əlcək sahibi" ilə "Mançester Yunayted" də maraqlanır.

Qeyd edək ki, "Aston Villa" Emiliano Martinesi 2020-ci ilin yayında "Arsenal"dan transfer edib. Argentina millisi ilə dünya çempionu olmuş qapıçı ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 53 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti