Pol Poqbanın yeni klubu bəlli oldu - RƏSMİ

20:35 - 28 İyun 2025

Dopinq səbəbindən bir müddətdir futboldan uzaq qalan Pol Poqbanın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, fransalı futbolçu "Monako" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi Liqa 1 təmsilçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Pol Poqba 2023-cü ilin sentyabr ayında "Yuventus"da çıxış edərkən dopinq testi pozitiv çıxdığı üçün 4 illik futboldan uzaqlaşdırma cəzası alıb. Təcrübəli oyunçunun cəzası sonradan 18 aya endirilib.

Xəbər xətti