Türkiyə Super Liqa təmsilçisi "Eyüpspor"da ayrılıq yaşanıb.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, "Eyüpspor" kapitanı Caner Erkinlə yollarını ayırıb. Açıqlamada sol cinah müdafiəçisinə təşəkkür edilərək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Erkin İstanbul təmsilçisi ilə çıxdığı 54 rəsmi matçda 8 qol və 12 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi