"Qarabağ" Qarabağ bölgəsinə yollandı

09:33 - 25 İyun 2025

Bu gün "Qarabağ" futbol klubunun Şuşa, Xankəndi, Ağdam və Füzuli sakinləri ilə görüşü baş tutacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Füzuli hava limanına eniş edib. 

Qurban Qurbanov və klub nümayəndələri Şuşa stadionunda azarkeşlərlə görüşəcək.

Ardınca isə onlar Xankəndiyə yollanacaq və Qarabağ Universitetində tələbələrlə tanış olacaq. 

Növbəti dayanacaq isə Ağdam olacaq. Klub şəhər sakinləri ilə görüşəcək və "İmarət" Kompleksinə baxış keçiriləcək.

Ardınca “köhlən atlar” Füzuliyə qayıdacaq. Şəhər mərkəzində yerli sakinlərlə görüş və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə gəzinti baş tutacaq.

Xəbər xətti