"Qalatasaray" "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi artıq Türkiyə millisinin üzvü ilə danışıqlara başlayıb. Bu barədə "Calciomercato" məlumat yayıb.
"Qalatasaray" 31 yaşlı futbolçuya illik 10 milyon avro maaş təklif edib. "Sarı-qırmızılaar" oyunçu üçün İtaliya klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən "İnter"də çıxış edir. Təcrübəli oyunçu son mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi