"Mançester Yunayted"in futbolçusu "Fənərbaxça"nın hədəfində

23:07 - 22 İyun 2025

Ceydon Sanço “Fənərbaxça”nın maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, insayder Yağız Sabuncuoğlunun məlumatına görə, türk klubu "Mançester Yunayted"ə müraciət edərək vingerin mümkün transferinin şərtləri barədə məlumat istəyib.

Bununla yanaşı, Sanço ilə "Napoli" də danışıqlar aparır, lakin futbolçunun yüksək maaşı İtaliya çempionu üçün ciddi maneədir. Tərəflər arasında irəliləyiş yalnız Sançonun maaş tələblərini azaltması halında mümkün olacaq.

Qeyd edək ki, geridə qalan mövsümdə Ceydon Sanço “Çelsi”də icarə əsasında çıxış edib.

Xəbər xətti