"Qalatasaray"ın futbolçusu Nikolo Zanyolo növbəti mövsümə də fərqli klubda başlaya bilər.
Sportal.az xəbər verir ki, italiyalı hücumameyilli yarımmüdafiəçiyə 3 təklif var. Bu barədə "Tutto Mercato" məlumat yayıb.
İngiltərənin "Sanderlend", İspaniyanın "Vilyarreal" və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Zanyolonu heyətinə qatmaq istəyir. "Qalatasaray" 25 yaşlı oyunçunu satmağın əleyhinə deyil.
Qeyd edək ki, Nikolo Zanyolo ötən mövsümün ilk yarısında "Atalanta"da, ikinci yarısında isə "Fiorentina"da icarə əsasında çıxış edib.
saytlarin hazirlanmasi