"Kopeenhagen"in futbolçusu Runi Bardqji karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" isveçli vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Barselona" Bardqji üçün onun klubu ilə danışıqlara başlayıb. 19 yaşlı ön xətt oyunçusu ilə "Portu" da yaxından maraqlanır.
Qeyd edək ki, Runi Bardqji 2020-ci ildə "Kopenhagen"in akademiyasına qoşulub. İsveç U-21 millisinin üzvü ötən mövsüm Danimarka təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi 31 dekabr tarixində başa çatır.
saytlarin hazirlanmasi