"Barselona"nın futbolçusu yeni müqaviləyə razılıq verdi

22:02 - 19 İyun 2025

Jül Kundе "Barselona" ilə müqaviləsini uzadacaq.

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Kataloniya klubu ilə yeni müqavilə bağlamağa şifahi razılıq verib. Futbolçu baş məşqçi Hans-Diter Flikə komandada qalmaq istədiyini bildirib.

Tərəflər yaxın həftələrdə tam razılığa gələcəklərinə əmindirlər.

Qeyd edək ki, keçən La Liqa mövsümündə Kunde 32 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti