Mbappe son məşqi buraxdı - "Əl-Hilal"la matçda oynaya biləcək?

22:37 - 17 İyun 2025

Kilian Mbappe “Real”ın bu gün keçirilən son məşqini buraxıb.

Sportal.az xəbər verir ki, "Marca" nəşrinin məlumatına görə, hücumçu bədən temperaturunun yüksək olması səbəbindən məşqdə iştirak etmir. Onun sabahkı matçda oynayacağı hələlik məlum deyil.

Qeyd edək ki, “Real” sabah klublararası dünya çempionatında “Əl-Hilal”la qarşılaşacaq. Matç Bakı vaxtilə 23:00-da start götürəcək.

Xəbər xətti