Premyer Liqa klubu 22 milyon avroya müdafiəçi transfer edir

20:09 - 16 İyun 2025

"Udineze"nin futbolçusu Yaka Biyol karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Lids Yunayted" sloveniyalı müdafiəçinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Premyer Liqaya yüksələn klub Biyol üçün 22 milyon avro təzminat ödəyəcək. 26 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçdikdən sonra "Lids Yunayted"lə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Udineze" Yaka Biyolu 2022-ci ilin yayında Moskva ÇSKA-sından transfer edib. Sloveniya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti