"Sabah" baş məşqçi Vasili Berezutski ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Sabah"ın açıqlamasında qeyd olunub:
"Sabah" Futbol Klubu bildirir ki, baş məşqçi Vasili Berezutski ilə müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərar qəbul olunub.
Klub Vasili Vladimiroviçə peşəkarlığına, işə məsuliyyətli yanaşmasına və komandanın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə dərin təşəkkürünü bildirir. "Sabah" onun rəhbərliyi altında ilk dəfə Azərbaycan Kubokunu qazanaraq klubun tarixində əlamətdar və simvolik bir səhifə yazdı.
Biz Vasili Berezutskiyə və ailəsinə ən xoş arzularımızı çatdırır, həyat yoldaşına tezliklə sağalmağı və möhkəm can sağlığı arzulayırıq".
saytlarin hazirlanmasi