Azərbaycanlı hakimin idarə etdiyi matçda ingilislər sevindi

09:48 - 13 İyun 2025

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev gənclər arasında Avropa çempionatının (U-21) B qrupunun 1-ci turunun Çexiya və İngiltərə milli komandaları arasında Dunayska Stredada keçirilən oyununu idarə edib.

Sportal.az xəbər verir ki, qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Məsiyev ingilis futbolçuya cəmi bir sarı vərəqə göstərib.

Məsiyevə bu görüşdə laynsmenlər Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər.

Xəbər xətti